...

"Real" Madrid ada tikir

İdman Materials 24 Mart 2012 16:30 (UTC +04:00)
İspaniyanın "Real" (Madrid) klubu "Real Madrid Resort Island" adı verilən layihənin təqdimatını keçirib.
"Real" Madrid ada tikir

Azərbaycan, Bakı, 24 mart /Trend, müxbir M.Salmanov/

2011-ci ildə "Fly Emirates" hava yolu şirkəti ilə 5 illik sponsorluq müqaviləsi imzalayan İspaniyanın "Real" (Madrid) klubu "Real Madrid Resort Island" adı verilən layihənin təqdimatını keçirib. Bu barədə şənbə günü Trend Türkiyə KİV-ə istinadən məlumat verir.

Layihənin təqdimatında çıxış edən kral klubunun prezidenti Fiorentino Perez bildirib ki, məqsəd "Real"da zövq alan milyonlarla vətəndaşa dünyada yeganə olan təsisat qurmaqdır. Onun sözlərinə görə, turizm yönümlü təsisatda tematik park da olacaq.

"Bununla belə, təsisatda əsas yer "Real"a və futbola veriləcək. Bu, klubun əbədi olması üçün atılmış addımdır", - Perez qeyd edib.

2015-ci ildə açılması nəzərdə tutulan adada beşulduzlu bir hotel, 60 bunqalo, "Real" Madrid muzeyi, hovuz və gimnastika salonları, futbol meydançası olacaq.

"Real Madrid Resort Island" üçün təqribən 1 milyard dollarlıq sərmayə qoyulacaq.

Xəbər lenti

Xəbər lenti