...

Azərbaycanın futbol yığmasına İspaniyadakı legioner çağırılıb

İdman Materials 28 Mart 2012 15:29 (UTC +04:00)
Azərbaycanın futbol yığmasına İspaniya çempionatında çıxış edən "Elçe" klubunun üzvü Rizvan Umarov dəvət olunub.
Azərbaycanın futbol yığmasına İspaniyadakı legioner çağırılıb

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanın futbol yığmasına İspaniya çempionatında çıxış edən "Elçe" klubunun üzvü Rizvan Umarov dəvət olunub. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından bildiriblər.

İspaniyada top qovan legionerimiz aprelin 4-də Helsinki şəhərində keçiriləcək 21 yaşadək futbolçulardan ibarət Finlandiya və Azərbaycan yığmaları arasında yoldaşlıq oyununda millinin heyətinə çağırılıb.

Rizvan Umarovun üzvü olduğu "Elçe" klubu hazırda İspaniyanın Sequnda Divizionunda (2-ci liqa) 7-ci sırada qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti