...

"Neftçi" ölkə kubokuna da iddialıdır

İdman Materials 18 Aprel 2012 20:05 (UTC +04:00)
Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
"Neftçi" ölkə kubokuna da iddialıdır

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Trend-in məlumatına görə, günün ikinci matçında "Şəfa" stadionunda ötən mövsümün finalçısı Bakının "İnter" klubu öz meydanında Unibank Premyer Liqasının lideri "Neftçi"ni qəbul edib.

Gərgin keçən matçda tərəflərdən heç biri fərqlənə biməyib (0:0).

Qeyd edək ki, digər yarımfinal matçında "Bakı" evdə "Qarabağ" klubu ilə qarşılaşıb. 90-cı dəqiqədə Georgi Adamiyanın qolu ilə "Qarabağ" minimal qələbə qazanıb.

Xəbər lenti

Xəbər lenti