...

"Bavariya" "Real"a yerini göstərdi: Kral klubu finaldan məhrum oldu

İdman Materials 26 Aprel 2012 02:47 (UTC +04:00)
Bu gün UEFA Çempionlar Liqasının ikinci yarımfinalının cavab görüşü çərçivəsində Madridin "Real" komandası Almaniyanın "Bavariya" klubunu qəbul edirdi.
"Bavariya" "Real"a yerini göstərdi: Kral klubu finaldan məhrum oldu

Azərbaycan, Bakı, 26 aprel /Trend/

Bu gün UEFA Çempionlar Liqasının ikinci yarımfinalının cavab görüşü çərçivəsində Madridin "Real" komandası Almaniyanın "Bavariya" klubunu qəbul edirdi.

Oyunun əsas vaxtı 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatdı. Kriştiano Ronaldo dubl etdi, qonaqlar isə bunlara Aryen Robbenin vurduğu topla cavab verdilər. Lakin iki oyunun nəticəsinə görə hesab 3:3 olduğundan komandalar əlavə vaxtda oynamalı oldular. Burada da qalib müyyənləşmədi və komandalar penaltilər seriyasını keçirilməli oldular.

Penaltilərdə "Bavariya" 3:1 hesabı ilə qalib gəldi.

Beləliklə, Münhenin "Allianz Arena" stadionunda keçiriləcək final matçında "Çelsi" və "Bavariya" üz-üzə gələcəklər.

Xəbər lenti

Xəbər lenti