...

Azərbaycan Güləş Federasiyası fotoqraflar arasında müsabiqə elan edir

İdman Materials 2 May 2012 17:09 (UTC +04:00)
Azərbaycanda "İdman ili" çərçivəsində geniş ictimaiyyətin güləş idman növünə və güləşçilərimizin nailiyyətlərinə diqqətini artırmaq və idman foto-jurnalistikasını inkişaf etdirmək məqsədilə Azərbaycan Güləş Federasiyası fotoqraflar arasında müsabiqə elan edir.
Azərbaycan Güləş Federasiyası fotoqraflar arasında müsabiqə elan edir

Azərbaycan, Bakı, 2 may /Trend/

Azərbaycanda "İdman ili" çərçivəsində geniş ictimaiyyətin güləş idman növünə və güləşçilərimizin nailiyyətlərinə diqqətini artırmaq və idman foto-jurnalistikasını inkişaf etdirmək məqsədilə Azərbaycan Güləş Federasiyası fotoqraflar arasında müsabiqə elan edir.

12-13 may 2012-ci il tarixdə "Sərhədçi" İdman Olimpiya Mərkəzində ilin ən mötəbər turnirlərindən biri olan Dünya Kuboku yarışı keçiriləcək. Müsabiqəyə təqdim ediləcək fotolar da məhz sərbəst güləş üzrə Dünya Kuboku yarışında çəkilməlidir. Yarışın keçirildiyi arenaya daxil olmaq üçün əvvəlcədən qeydiyyatdan keçmək lazımdır. Bu barədə çərşənbə günü Trend-ə Federasiyadan məlumat verilib.

Müsabiqəyə müraciət edən fotoqraflar qeydiyyat üçün 4 may 2012-ci il, saat 18:00-a qədər, çəkilən fotoları isə 19 may 2012-ci il, saat 13:00-a qədər Azərbaycan Güləş Federasiyasına təqdim etməlidirlər. Aşağıda göstərilən nominasiyaların hər birində bir qalib seçiləcək və bir fotoya həvəsləndirici mükafat veriləcək. Həvəsləndirici mükafata isə müxtəlif hədiyyələr daxildir.

Müsabiqəyə qatılan hər bir fotoqraf müraciət etdiyi nominasiya üzrə minimum 5 foto təqdim etməlidir. Fotolar yüksək keyfiyyətli olmalıdır.

Nominasiyalar və mükafatlar:

- Ən yaxşı fənd - 250 manat
- Ən yaxşı idmançı emosiyası - 250 manat
- Ən yaxşı məşqçi emosiyası - 250 manat
- Ən yaxşı azarkeş reaksiyası - 250 manat

Xəbər lenti

Xəbər lenti