Azərbaycan, Bakı, 2 may /Trend/
"Xəzər Lənkəran" klubunun futbolçusu Elnur Allahverdiyev Azərbaycan milli komandasının mayın 20-dən 31-dək keçiriləcək təlim-məşq toplanışına dəvət olunub.
Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, bu toplanış çərçivəsində millimiz mayın 23-də Şizuoka şəhərində Yaponiya, mayın 30-da isə Frankfurt şəhərində Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək.