...

Kanadada 2020-ci il Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq rəsmi namizəd şəhərləri açıqlanacaq

İdman Materials 21 May 2012 14:01 (UTC +04:00)
Bakı-2020 yüksək səviyyəli nümayəndə heyəti mayın 23-də Kanadanın Kvebek şəhərində dünya idman ictimaiyyəti və digər rəsmilərin iştirakı ilə keçiriləcək SportAccord beynəlxalq idman toplantısına yola düşüb
Kanadada 2020-ci il Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq rəsmi namizəd şəhərləri açıqlanacaq

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir M.Əliyev/

Bakı-2020 Təşkilat Komitəsinin yüksəksəviyyəli nümayəndə heyəti mayın 23-də Kanadanın Kvebek şəhərində dünya idman ictimaiyyəti və digər rəsmilərin iştirakı ilə keçiriləcək SportAccord beynəlxalq idman toplantısına yola düşüb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə daxil olan məlumata görə, həmin tədbirdə Beynəlxalq Olimpiya Komitəsi 2020-ci il Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizədə hansı şəhərlərin rəsmi namizəd seçilməsini elan edəcək.

Azərbaycanın rəsmi nümayəndə heyətinin tərkibinə Baş nazirin birinci müavini, Bakı-2020 Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Bakı-2020 Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva daxildir.

"Biz çox ümid edirik ki, 2020-ci il Olilmpiya Oyunlarına ev sahibliyi üçün rəsmi namizəd şəhər stasunu alacağıq. Biz Beynəlxalq Olimpiya Komitəsinə güclü və layiqli namizəd olduğumuzu göstərən və peşəkar səviyyədə hazırlanan sifariş kitabını təqdim etmişik. Təqdim etdiyimiz kitabda Olimpiya Oyunlarının çevik, innovativ və kompakt təşkili planı əks olunub. Biz öz namizədliyimizlə Olimpiya Oyunlarının idmana, əhalinin sağlam həyat tərzinin və yaşayış keyfiyyətinin inkişafına yönəlmiş ciddi sərmayə olacağını və həmçinin gələcəkdə Oyunların səmərəli və məsuliyyətli təşkili nümunəsini göstərmək istəyirik. Biz beynəlxalq Olimpiya Hərəkatına sırf idman tələbatına əsaslanan oyunların təşkili modelini təklif edirik. Bu o deməkdir ki, bizim sifariş kitabımızda əks olunan Olimpiya infrastrukturuna əsasən, bütün idman müəssisələri Olimpiya Oyunlarından sonra da həm ölkəmizin, həm də regionumuzun idmançılarının istifadəsində olacaq. Bizim təklif etdiyimiz model əslində Olimpiya Oyunlarına gələcək ev sahibləri üçün real və səmərəli investisiya nümunəsidir", - Kanadaya səfər ərəfəsində Rəhimov bildirib.

Xəbər lenti

Xəbər lenti