...

Azərbaycanda futbol hakimini döyən baş məşqçi cəzalandırıldı

İdman Materials 29 May 2012 13:06 (UTC +04:00)
AFFA-nın İntizam Komitəsi mayın 26-da baş tutan U-15 Liqanın “Bakı” – “Qəbələ” matçında baş verən olaylara qiymət verib
Azərbaycanda futbol hakimini döyən baş məşqçi cəzalandırıldı

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir E.Mehdiyev/

AFFA-nın İntizam Komitəsi mayın 26-da baş tutan U-15 Liqanın "Bakı" - "Qəbələ" matçında baş verən olaylara qiymət verib.

Trend-in qurumun saytına istinadən yaydığı xəbərə görə, oyunun 58-ci dəqiqəsində "Qəbələ" klubunun baş məşqçisi Halim Fıçıcı texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.

Oyun bitdikdən sonra "Qəbələ" klubunun məşqçisi Hüseynqulu Quliyev matçın baş hakiminə fiziki təsir göstərdiyi üçün məşqçi 20 oyun cəzalanıb.

Oyun bitdikdən sonra "Qəbələ" klubunun futbolçusu Coşqun Süleymanov hakimləri təhqir etdiyi üçün futbolçu 4 oyunluq cəzalanıb.

Qeyd edək ki, bu gün "Qəbələ" klubu etdiyi hərəkətə görə, Hüseynqulu Quliyevin vəzifəsindən kənarlaşdırılması barədə açıqlama yayıb.

Xəbər lenti

Xəbər lenti