...

Kaxa Kaladze milyonluq layihəni tərk edib

İdman Materials 1 İyun 2012 17:10 (UTC +04:00)
Siyasətə gələn keçmiş futbolçu Kaxa Kaladze "Kala kapital" layihəsini tərk edib. Trend-in məlumatına görə, Kaladze "Rezonansi" qəzetinə bildirib ki, o, layihələri tərəfdaşlarına təhvil verib.
Kaxa Kaladze milyonluq layihəni tərk edib

Azərbaycan, Bakı, 1 iyun /Trend/

Siyasətə gələn keçmiş futbolçu Kaxa Kaladze "Kala kapital" layihəsini tərk edib. Trend-in məlumatına görə, Kaladze "Rezonansi" qəzetinə bildirib ki, o, layihələri tərəfdaşlarına təhvil verib.

"Kala kapital" şirkəti Arsenal dağında irimiqyaslı kiçik şəhərin tikintisini və bir neçə milyon dəyərində investisiyaların cəlb edilməsini planlaşdırırdı.

Lakin müharibə və böhran səbəbindən layihə dayandırılıb və şirkət öhdəliklərini yerinə yetirə bilməyib, bu səbəbdən ona maliyyə sanksiyaları tətbiq edilib. Bu, Kaladzenin hakimiyyətə müxalif qüvvələrin tərəfinə keçməsinə səbəb olub.

Xəbər lenti

Xəbər lenti