...

Azərbaycan taekvondoçuları Avropa çempionatında 3 medal qazanıblar

İdman Materials 18 İyun 2012 15:02 (UTC +04:00)
Yunanıstanın paytaxtı Afinada 16-21 yaşlı taekvondoçular arasında Avropa çempionatı başa çatıb.
Azərbaycan taekvondoçuları Avropa çempionatında 3 medal qazanıblar

Azərbaycan, Bakı, 18 iyun /Trend/

Yunanıstanın paytaxtı Afinada 16-21 yaşlı taekvondoçular arasında Avropa çempionatı başa çatıb.

Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, yarışın son günü daha 2 idmançımız bürünc medala sahib olub. Xəyalə Quliyeva (-46 kq) və Türkanə Tahirli (-49 kq) mübarizəni yarımfinalda dayandırmalı olsalar da yarışı üçüncü mükafatla yekunlaşdırıblar.

Xatırladaq ki, daha əvvəl isə Aydın Bəhməlov (-87 kq) bürünc mükafata sahib olub.

Beləliklə, 16-21 yaşlıların Avropa çempionatını 3 bürünc medal qazanan seçmə komandamız ayın 19-da Vətənə dönəcək.

Xəbər lenti

Xəbər lenti