...

Azərbaycan avarçəkənləri Avropa çempionatında mübarizəyə başlayır

İdman Materials 21 İyun 2012 16:22 (UTC +04:00)
İyunun 22-də Xorvatiyanın paytaxtı Zaqrebdə kayak və kanoe üzrə Avropa çempionatı start götürəcək. Nüfuzlu yarışda Azərbaycan 2 idmançı ilə təmsil olunacaq.
Azərbaycan avarçəkənləri Avropa çempionatında mübarizəyə başlayır

Azərbaycan, Bakı, 21 iyun /Trend/

İyunun 22-də Xorvatiyanın paytaxtı Zaqrebdə kayak və kanoe üzrə Avropa çempionatı start götürəcək. Nüfuzlu yarışda Azərbaycan 2 idmançı ilə təmsil olunacaq.

Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, kanoe üzrə 3 qat dünya və 3 qat Avropa çempionu Valentin Demyanenko 1 nəfərlik qayıqla (C-1) 200 metr və 500 metr məsafələrə yürüşlərdə iştirak edəcək. Demyanenko daha öncə 1-3 iyunda Rusiyanın paytaxtı Moskvada keçirilmiş Dünya Kubokunun III mərhələsində eyni məsafələrə yürüşlərə qatılıb. Hər iki yürüşdə o, finaladək irəliləməyi bacarıb. Avropa çempionatı 29 yaşlı kanoeçimiz üçün 2012-ci il London Yay Olimpiya Oyunları öncəsi son sınaq olacaq.

Kayakçımız Mirnazim Cavadov da Avropa çempionatında qüvvəsini sınayacaq. Cəmi 20 yaşında olmasına baxmayaraq, Cavadov Dünya Kubokunun III mərhələsində həm 200 metr, həm də 500 metr məsafəyə yürüşdə 9-cu yeri tutub. O, qitəmiqyaslı yarışda da eyni məsafələrə yürüş edəcək.

Valentin Demyanenko və Mirnazim Cavadov Zaqrebə milli komandamızın məşqçisi Anatoli Dudnikin rəhbərliyi altında yollanıb. Nümayəndə heyətinə isə Federasiyanın texniki direktoru Leyla Əliyeva başçılıq edir.

Qeyd edək ki, Avropa çempionatı iyunun 24-də yekunlaşacaq.

Xəbər lenti

Xəbər lenti