...

Kayak və kanoe millimiz Avropa çempionatında mübarizəyə başlayır

İdman Materials 10 İyul 2012 19:24 (UTC +04:00)
İyulun 12-də Portuqaliyanın Montemor-o-Velyo şəhərində yeniyetmələr və 23 yaşadək kayak və kanoeçilər arasında Avropa çempionatı start götürəcək.
Kayak və kanoe millimiz Avropa çempionatında mübarizəyə başlayır

Azərbaycan, Bakı, 10 iyul /Trend/

İyulun 12-də Portuqaliyanın Montemor-o-Velyo şəhərində yeniyetmələr və 23 yaşadək kayak və kanoeçilər arasında Avropa çempionatı start götürəcək. Dörd gün davam edəcək yarışda Azərbaycan 5 kayakçı və 3 kanoeçi ilə təmsil olunacaq.

Azərbaycan Milli Avarçəkmə Federasiyasından Trend-ə verilən məlumata görə, yeniyetmələrin mübarizəsinə 4 kayakçımız - Tamerlan Mustafayev, Amil Hüseynli, Aleksandr Piçugin, Yasin Əhmədov və 2 kanoeçimiz - Aleksey Kupin və Mikita Sablin qatılacaqlar. Kayakçılardan 1 nəfərlik qayıqla (K-1) Mustafayev 200 metr və 500 metr, 2 nəfərlik qayıqla (K-2) Hüseynli-Piçugin dueti, 4 nəfərlik qayıqla (K-4) Mustafayev-Hüseynli-Piçugin-Əhmədov kvarteti 200 metr, kanoeçilərdən 1 nəfərlik qayıqla (C-1) Kupin 500 metr və 1000 metr, Sablin isə 200 metr məsafəyə yürüşlərə qatılacaqlar.

23 yaşadək idmançılar arasında isə Mirnazim Cavadov və Andrey Kraytor çıxış edəcək. Cavadov 1 nəfərlik kayak qayığı (K-1), Kraytor 1 nəfərlik kanoe qayığı (C-1) ilə yarışacaq. Onların hər ikisi 200 metr və 500 metr məsafələrə yürüşlərə qatılacaq.

Qeyd edək ki, ötən il Xorvariyanın paytaxtı Zaqrebdə keçirilmiş Avropa çempionatında milli komandamız 1 qızıl, 1 gümüş medal qazanmışdı. Hər iki medala Andrey Kraytor sahib olmuşdu.

Xəbər lenti

Xəbər lenti