...

Boksçumuz da məğlub oldu

İdman Materials 2 Avqust 2012 19:42 (UTC +04:00)
2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycan boksçusu Soltan Migitino bu gün 1/8 final mərhələsində mübarizəyə başlayıb.
Boksçumuz da məğlub oldu

Azərbaycan, Bakı, 2 avqust /Trend/

2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycan boksçusu Soltan Migitinov bu gün 1/8 final mərhələsində mübarizəyə başlayıb.

Trend-in məlumatına görə, 75 kq çəki dərəcəsində çıxış edən idmançımız növbəti döyüşündə braziliyalı Florentino Falkao ilə qarşılaşıb.

Görüş boksçumuzun böyük hesablı məğlubiyyəti ilə (3:8, 5:7, 3:9 - 11:24) başa çatıb.

Qeyd edək ki, Migitinov ilk döyüşündə misirli Məhəmməd Hikala 20:12 hesabı ilə qalib gəlmişdi.

Xəbər lenti

Xəbər lenti