...

Azərbaycan ağırlıqqaldıranı Avropa çempionatında bürünc medal qazandı

İdman Materials 31 Avqust 2012 19:11 (UTC +04:00)
Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən yeniyetmələr arasında X Avropa birinciliyində Azərbaycan ağırlıqqaldıranı Elxan Əliquluzadə (69 kq) bürünc medal qazanıb.
Azərbaycan ağırlıqqaldıranı Avropa çempionatında bürünc medal qazandı

Azərbaycan, Bakı, 31 avqust /Trend/

Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən yeniyetmələr arasında X Avropa birinciliyində Azərbaycan ağırlıqqaldıranı Elxan Əliquluzadə (69 kq) bürünc medal qazanıb.

Birdən qaldırma hərəkətinə 122 kq-la başlayan idmançımız, bu çəkini yalnız ikinci yanaşmada ram edə bilib. Daha sonra sifariş verdiyi 128 kq-ı da qaldıran Əliquluzadə bu hərəkətdə 4-cü yeri tutub.

Təkanla qaldırmaya uğurla başlayan 16 yaşlı atletimiz 160 kq-ın öhdəsindən gələ bilib. Elxan sonradan 166 kq sifariş versə də, iki yanaşmada onu qaldıra bilməyib. Ancaq bu çəki onu təkanla qaldırmada ikinci yerə çıxarıb.

Cəmi 288 kq (128 kq + 160 kq) nəticə göstərən gənc idmançı, Avropa çempionatının bürünc medalına yiyələnib.

Xəbər lenti

Xəbər lenti