...

Berti Foqts: Müdafiədə taktiki səhvlər etməsək, yaxşı nəticə qazanacağıq

İdman Materials 6 Sentyabr 2012 13:37 (UTC +04:00)
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts DÇ 2014-ün seçmə mərhələsi çərçivəsində İsrail yığması ilə oyun ərəfəsində millinin hazırlığı barədə məlumat verib.
Berti Foqts: Müdafiədə taktiki səhvlər etməsək, yaxşı nəticə qazanacağıq

Azərbaycan, Bakı, 6 sentyabr /Trend/

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts DÇ 2014-ün seçmə mərhələsi çərçivəsində İsrail yığması ilə oyun ərəfəsində millinin hazırlığı barədə məlumat verib.

Trend-in məlumatına görə, almaniyalı mütəxəssis bu gün keçirdiyi mətbuat konfransında milli komandanın hazırlığından razı qaldığını bildirib.

"Futbolçular məşqdə özlərini yaxşı göstərdilər. Respublika stadionunun öt örtüyü yaxşı vəziyyətdədir. Futbolçular daha həvəslə çalışırdılar. Ötürmə zamanı top dəqiq ünvanına çatır. Bu səviyyəyə görə Azərbaycan Avropaya çatır", - Foqts deyib.

Baş məşqçi bildirib ki, Mahir Şükürovun səhhətində problemlər olduğuna görə onun sabah oynayacağı dəqiq bilinmir.

"Müdafiədə taktiki səhvlər etməsək, yaxşı nəticə qazanacağıq. Sabah komandam Azərbaycan üçün əlindən gələnin ən yaxşısını edəcək. Rəqibin bir neçə futbolçusu Avropada oynayır. Yəni İsrail yığması zəif komanda deyil. Bəzi oyunçularımızın sürətində problem var. Həm də bu problem 10 günə həll olunası iş deyil. Futbolçular öz üzərlərində işləməlidirlər. Əgər biz sürətli futbolçu istəyiriksə, 12-13 yaşından həmin futbolçu buna hazırlaşmalıdır", - Foqts əlavə edib.

Xəbər lenti

Xəbər lenti