...

Futbol üzrə Qambiya və Nigeriya yığmaları artıq Azərbaycandadır (FOTO)

İdman Materials 18 Sentyabr 2012 14:25 (UTC +04:00)
Azərbaycanda keçiriləcək FIFA U-17 qadınlararası dünya çempionatının açılışına 4 gün qalmış yarışa qatılacaq iştirakçı komandaların ölkəmizə gəlişi davam edir.
Futbol üzrə Qambiya və Nigeriya yığmaları artıq Azərbaycandadır (FOTO)

Azərbaycan, Bakı, 18 sentyabr /Trend/

Azərbaycanda keçiriləcək FIFA U-17 qadınlararası dünya çempionatının açılışına 4 gün qalmış yarışa qatılacaq iştirakçı komandaların ölkəmizə gəlişi davam edir.

Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Kanada, Kolumbiya və Çin milli yığmalarının ardınca U-17 qadınlardan ibarət Qambiya və Nigeriya milli komandaları da artıq Azərbaycandadır.

Onları Heydər Əliyev adına Beynəlxalq Hava Limanında FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi maskotu Top Top Qız qarşılayıb. Top Top Qız qarşılama ənənəsinə sadiq qalaraq qonaqları salamlayaraq gül dəstələri təqdim edib, qonaqpərvərliyini nümayiş etdirib.

Daha sonra qrup şəkli çəkdirən futbol üzrə U-17 qadınlardan ibarət Qambiya və Nigeriya milli komandalarının oyunçuları və nümayəndə heyəti kiçik fotosessiyanın ardından böyük ruh yüksəkliyi ilə qalacaqları otellərə doğru yola düşüblər.

Qeyd edək ki, komandaların heyəti bu cür diqqətli və qonaqpərvər qarşılanmadan, mehriban münasibətdən məmnun olduqlarını nümayiş etdiriblər.

Xatırladaq ki, bu il sentyabrın 22-dən oktyabrın 13-dək Bakıda FIFA U-17 qadınlararası dünya çempionatı təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti