...

U-17 qadınlararası dünya çempionatında ilk yarımfinalçı müəyyənləşib

İdman Materials 4 Oktyabr 2012 19:04 (UTC +04:00)
Bu gün FİFA U-17 qadınlararası dünya çempionatında 1/4 final mərhələsinin oyunları start götürüb.
U-17 qadınlararası dünya çempionatında ilk yarımfinalçı müəyyənləşib

Azərbaycan, Bakı, 4 oktyabr /Trend/

Bu gün FİFA U-17 qadınlararası dünya çempionatında 1/4 final mərhələsinin oyunları start götürüb.

Trend-in məlumatına görə, artıq iki qarşılaşma baş tutub.

İlk öncə Şimali Koreya və Kanada yığmaları meydana çıxıblar. Rəqibini 2:1 hesabı ilə məğlub edən Şimali Koreya millisi 1/2 finala yüksələn ilk komanda olub.

Saat 20:00-da isə Nigeriya və Fransa yığmaları növbəti mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, 1/4 finalın növbəti iki oyunu sabah keçiriləcək.

Xəbər lenti

Xəbər lenti