...

Bədii gimnastika üzrə 19-cu Bakı çempionatı start götürüb (FOTO)

İdman Materials 11 Oktyabr 2012 16:46 (UTC +04:00)
Cümə axşamı bədii gimnastika üzrə 19-cu Bakı çempionatı start götürüb. Bu barədə Trend-ə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Bədii gimnastika üzrə 19-cu Bakı çempionatı start götürüb (FOTO)

Azərbaycan, Bakı, 11 oktyabr / Trend/

Cümə axşamı bədii gimnastika üzrə 19-cu Bakı çempionatı start götürüb. Bu barədə Trend-ə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Yarışlarda altı yaş qrupu üzrə 94 gimnast iştirak edir. Bunlar yuxarı yaş qrupu və yeniyetmələr, eləcə də 2000-2001-ci, 2002-ci, 2003-cü və 2004-cü il təvəllüdlü iştirakçılardır.

İdmançılar yalnız mütləq çoxnövçülük üzrə medallar uğrunda mübarizə aparacaqlar.

"Neftçi" və Bakı Gimnastika Məktəbinin, Respublika Kompleks İdman Məktəbinin və DİN-in "Spartak" və "Sərhədçi" İdman cəmiyyətlərinin iştirakçıları ilə yanaşı, Bakı Peşəkar İdman klubunun, Nizami rayonu Uşaq-Gənclər Yaradıcılıq Birliyinin və Şağan Olimpiya Komleksinin idmançıları da yarışda iştirak edəcəklər.

Çempionat Bakı Olimpiya İdman Kompleksində keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti