Azərbaycan, Bakı, 19 oktyabr /Trend/
Noyabrın 6-dan 9-dək Bakıda, noyabrın 10-dan 15-dək isə Şimali İrlandiyanın Belfast şəhərində Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək. Bu barədə Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir.
Qeyd edək ki, DÇ-2014-ün seçmə mərhələsində noyabrın 14-də, Belfast şəhərində millimiz Şimali İrlandiya yığması ilə qarşılaşacaq.