Azərbaycan, Bakı, 24 oktyabr /Trend/
Madridin "Real" klubu və hücumçu Kriştiano Ronaldo arasında yeni müqavilə üzrə danışıqlar "dalana dirənib". Bu barədə Trend çərşənbə günü İspaniyanın "Marca" qəzetinə istinadən məlumat verir.
Portuqaliyalı forvardın "Real"la cari müqaviləsi 2015-ci ilin yayında başa çatır. Tərəflər arasında yeni müqavilənin bu il imzalanacağı gözlənilirdi. Lakin klub rəhbərliyi hələ Ronaldoya yeni müqavilə təklif etməyib.
"Real"ın rəhbərliyi Ronaldonun 2015-ci ilədək bəzi keyfiyyətlərini, xüsusən sürətini itirəcəyindən narahatdır. Buna görə də "Kral klubu" məvacibin artırılmasını nəzərdə tutan yeni uzunmüddətli müqaviləni təklif etməyə hazır deyil.
Qeyd edək ki, Ronaldo daha əvvəl bildirmişdi ki, "Real"da xoşbəxt deyil.