...

AFFA Premyer Liqanın klublarına yerini göstərdi

İdman Materials 30 Oktyabr 2012 13:10 (UTC +04:00)
Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, İK Azərbaycan Premyer Liqasının sonuncu turu çərçivəsində baş verənlər barəsində müvafiq qərarlar çıxarıb
AFFA Premyer Liqanın klublarına yerini göstərdi

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, İK Azərbaycan Premyer Liqasının sonuncu turu çərçivəsində baş verənlər barəsində müvafiq qərarlar çıxarıb.

Azərbaycan Premyer Liqasının X turunun "Kəpəz" - "Sumqayıt" matçında "Sumqayıt" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub min manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının X turunun "Simurq" - AZAL matçının 89-cu və 90+4-cü dəqiqələrində "Simurq" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün kluba iki min manat cəza kəsilib.

Azərbaycan Premyer Liqasının X turunun "Xəzər Lənkəran" - "Qarabağ" matçının 52-ci dəqiqəsində "Qarabağ" klubunun 5 nömrəli futbolçusu Maksim Medvedev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti