...

Ronaldo "Real"dan gedə bilər

İdman Materials 16 Noyabr 2012 14:05 (UTC +04:00)
Madridin "Real" komandasının hücumçusu Kriştiano Ronaldo mövsümün sonunda klubu tərk edəcəyini istisna etməyib.
Ronaldo  "Real"dan gedə bilər

Azərbaycan, Bakı, 16 noyabr /Trend/

Madridin "Real" komandasının hücumçusu Kriştiano Ronaldo mövsümün sonunda klubu tərk edəcəyini istisna etməyib. Trend-in İspaniyanın "Marka" qəzetinə istinadən verdiyi məlumata görə, bununla da portuqaliyalı futbolçu digər komandaya keçməyə daha yaxındır.

Ronaldonun "Real"dan əsas narazılığı "Kral klubu"nun onu kifayət qədər müdafiə etməməsi ilə bağlıdır. Buna misal olaraq, İspaniya çempionatının 11-cu turu çərçivəsində "Levante" ilə səfər oyununda rəqib futbolçunun portuqaliyanın qaşını yarması epizoduna klubun reaksiya verməməsidir.

Bununla belə, "Levante"nin rəsmi saytının verdiyi məlumata görə, Ronaldoya zədə yetirən David Navvaro forvarddan üzr istəyib və bu hərəkəti qəsdən etmədiyini bildirib.

Qeyd edək ki, daha əvvəl verilən məlumata görə, Ronaldo "Mançester Siti" və PSJ klublarına keçməyə maraq göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti