...

Azərbaycan Premyer Liqası 10 000-ci qol ərəfəsində

İdman Materials 23 Noyabr 2012 15:43 (UTC +04:00)
Premyer Liqanın XIV turu Azərbaycan futbolu tarixində əlamətdar hadisə ilə səciyyələnə bilər. Belə ki, bu turda 1992-ci ildən bu yana ölkə çempionatları tarixində 10 000-ci qol vurula bilər.
Azərbaycan Premyer Liqası 10 000-ci qol ərəfəsində

Azərbaycan, Bakı, 23 noyabr /Trend/

Premyer Liqanın XIV turu Azərbaycan futbolu tarixində əlamətdar hadisə ilə səciyyələnə bilər. Belə ki, bu turda 1992-ci ildən bu yana ölkə çempionatları tarixində 10 000-ci qol vurula bilər.

Trend Peşəkar Futbol Liqasına istinadən məlumat verir ki, statistik göstəricilərə görə, ötən 20 çempionat ərzində 9823 top, cari mövsümün 13 turunda isə 172 top vurulub. Premyer Liqada indiyədək baş tutmuş 69 qarşılaşmada orta məhsuldarlıq 2,49 top olduğundan ölkə çempionatı üçün yubiley - 10 000-ci qolun məhz bu turda vurulacağını təxmin etmək olar.

Qeyd edək ki, Azərbaycan çempionatları tarixində ilk qolun müəllifi Mehman Alışanov ("Qarabağ"), ilk çempionatın bombardiri isə Nazim Əliyev ("Xəzər" Sumqayıt, 39 top) olub.

Azərbaycan çempionatlarında mövsümlər üzrə vurulan qolların sayı:

1992-ci il - 1191 qol
1993-cü il - 437 qol
1993/94-cü il - 605 qol
1994/95-ci il - 401 qol
1995/96-cı il - 469 qol
1996/97-ci il - 692 qol
1997/98-ci il - 405 qol
1998/99-cu il - 590 qol
1999/2000-ci il - 307 qol
2000/01-ci il - 302 qol
2001/02-ci il - 376 qol
2003/04-cü il - 485 qol
2004/05-ci il - 684 qol
2005/06-cı il - 423 qol
2006/07-ci il - 361 qol
2007/08-ci il - 434 qol
2008/09-cu il - 443 qol
2009/10-cu il - 392 qol
2010/11-ci il - 381 qol
2011/12-ci il - 445 qol
2012/13-cü il (13 tur) - 172 qol

Cəmi: 9995 qol

Məqalədə:
Xəbər lenti

Xəbər lenti