...

Ağacan Əbiyev: Azərbaycan yığmasının güclü boksçuları bu gün Ermənistanda yarışa çıxacaqlar

İdman Materials 30 Noyabr 2012 13:59 (UTC +04:00)
Azərbaycanın gənclər üzrə boks yığmasının əsas gücü bu gün Ermənistanda yarışa çıxacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Boks Federasiyasının vitse-prezidenti, millət vəkili Ağacan Əbiyev bildirib.
Ağacan Əbiyev: Azərbaycan yığmasının güclü boksçuları bu gün Ermənistanda yarışa çıxacaqlar

Azərbaycan, Bakı, 30 noyabr / Trend müxbir M.Əliyev/

Azərbaycanın gənclər üzrə boks yığmasının əsas gücü bu gün Ermənistanda yarışa çıxacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Boks Federasiyasının vitse-prezidenti, millət vəkili Ağacan Əbiyev bildirib.

O, ötən gün yığmamızın üzvü Nəsrəddin Məmmədovun (56 kq) yarışı ilk mərhələdə dayandırmasına münasibət bildirərək deyib ki, məğlubiyyətdə heç bir problem görmür. "Yığmamızın güclü boksçuları bu gün yarışa çıxacaqlar", - vitse-prezident deyib.

Əbiyev idmançılarımızın Azərbaycan bayrağı ilə meydana çıxarkən tamaşaçıların fit çalmasına da münasibət bildirib. "Hər yerdə fit çalırlar, bu da problem deyil", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti