...

AFFA-dan sərt qərar

İdman Materials 11 Dekabr 2012 14:16 (UTC +04:00)
AFFA İntizam Komitəsi “Rəvan” klubunun baş məşqçisi Kamal Alispahiçi cəzalandırıb.
AFFA-dan sərt qərar

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 11 dekabr /Trend/

AFFA İntizam Komitəsi "Rəvan" klubunun baş məşqçisi Kamal Alispahiçi cəzalandırıb.

Trend-in məlumatına görə, komitənin qərarında deyilir ki, Premyer Liqanın XVI turunun "Neftçi" - "Rəvan" matçının 76-cı dəqiqəsində "Rəvan" klubunun baş məşqçisi Kemal Alispahiç texniki zonana qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün bir oyunluq cəzalanıb, klub 1000 manat cərimə olunub.

Matçdan sonra keçirilən mətbuat konfransında Alispahiç hakimin idarəçiliyi haqqında qeyri-etik ifadələr işlətdiyi üçün klub 2000 manat cərimə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti