...

"Real" Ronaldonun əməkhaqqısını artırmağa hazırdır

İdman Materials 3 Yanvar 2013 17:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 yanvar /Trend/

Madridin "Real" futbol klubunun rəhbərliyi portuqaliyalı hücumçu Kriştiano Ronaldo ilə müqavilənin müddətinin uzadılması imkanlarını nəzərdən keçirir. Trend-in İspaniyanın "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, "Real" bu məqsədlə Ronaldonun illik maaşını 15 milyon avroyadək artırmağa hazırdır.

Yeni müqavilənin müzakirələrində əsas məqamlardan biri portuqaliyalı ulduzun obrazının kommersiya məqsədləri üçün istifqadə edilməsindən əldə edilən gəlirlərin bölüşdürülməsi ola bilər.

Ronaldo adının və fotolarının istifadə edildiyi kommersiya sazişlərindən əldə edilən gəlirlərin 100 faizinə sahib olmaq istəyir.

Qeyd edək ki, hazırda Ronaldonun "Real"da illik məvacibi 12 milyon avrodur. Vergilər də daxil olmaqla, klubun futbolçuya verdiyi əməkhaqqı 15-18 milyon avro təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti