...

Azərbaycanlı hakimlər Avropa çempionatının elit-raunduna təyinat alıblar

İdman Materials 18 Yanvar 2013 13:07 (UTC +04:00)
FIFA referiləri Rəhim Həsənov və Əliyar Ağayev 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raunduna təyinat alıb.
Azərbaycanlı hakimlər Avropa çempionatının elit-raunduna təyinat alıblar

Azərbaycan, Bakı, 18 yanvar / Trend müxbir M.Əliyev/

FIFA referiləri Rəhim Həsənov və Əliyar Ağayev 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raunduna təyinat alıb. Trend-in məlumatına görə, bu barədə cümə günü AFFA-dan bildirilib.

Həsənov Macarıstanda təşkil olunacaq 3-cü, Əliyar Ağayev isə Almaniyada keçiriləcək 4-cü qrupun oyunlarında meydana çıxacaqlar. Bundan əlavə, Rəhim Həsənova elit-raund oyunlarında FIFA referi köməkçisi Yaşar Abbasov, Əliyar Ağayevə isə Mehman Mahmudov kömək edəcəklər. Hər iki qrupun oyunları martın 25-dən aprelin 1-dək olan müddətdə keçiriləcək.

3-cü qrupda Macarıstan, İsveç, Finlandiya və Belarus, 4-cü qrupda isə Almaniya, Ukrayna, Bolqarıstan və Estoniya yığmaları mübarizə aparacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti