...

London Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin rəhbəri Bakıya gəlib

İdman Materials 21 Yanvar 2013 11:17 (UTC +04:00)
Böyük Britaniya Olimpiya Assosiasiyasının rəhbəri Lord Sebastian Koe bazar ertəsi Bakıya birgünlük səfərə gəlib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Gənclər və İdman Nazirliyindən bildirilib.
London Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin rəhbəri Bakıya gəlib

Azərbaycan, Bakı, 21 yanvar / Trend müxbir M.Əliyev/

Böyük Britaniya Olimpiya Assosiasiyasının rəhbəri Lord Sebastian Koe bazar ertəsi Bakıya birgünlük səfərə gəlib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Gənclər və İdman Nazirliyindən bildirilib.

Lord Sebastian Koe Bakı Olimpiya Kompleksində Beynəlxalq İdman Həyəcanı Proqramının irsinin davamçısı olan "İnkişaf Naminə İdman" İctimai Birliyinin Azərbaycan Atletika Federasiyası ilə birgə təşkil etdiyi məşq prosesinə baş çəkəcək və tədbir iştirakçıları ilə görüşəcək.

Qeyd edək ki, Lord Sebastian Koe 2012-ci il London Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinə rəhbərlik edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti