...

Avro 2020-nin yarımfinal və ya final oyunu İstanbulda keçirilə bilər

İdman Materials 26 Yanvar 2013 09:00 (UTC +04:00)
Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, belə qərara təşkilatın Nyon şəhərində yerləşən qərargahında gəlinib. İştirakçı şəhərlərə gəlincə, onlar aprel ayında start götürəcək ərizə qəbulu kampaniyasında müəyyənləşəcək.
Avro 2020-nin yarımfinal və ya final oyunu İstanbulda keçirilə bilər

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir E.Qəzvini/

UEFA Avro 2020-nin final mərhələsinin 13 şəhərdə keçilməsi barədə qərar qəbul edib.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, belə qərara təşkilatın Nyon şəhərində yerləşən qərargahında gəlinib. İştirakçı şəhərlərə gəlincə, onlar aprel ayında start götürəcək ərizə qəbulu kampaniyasında müəyyənləşəcək.

Turnirin keçiriləcəyi yerlər isə növbəti ilin sentyabrında açıqlanacaq. Ən diqqət çəkən məqam isə odur ki, turnirin yarımfinal və ya final matçının Türkiyənin İstanbul şəhərində keçirilməsi şansı yüksək dəyərləndirilir.

Qeyd edək ki, Avro-2020 məhz UEFA-nın 60 illik yubileyinə təsadüf edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti