...

Güllə atıcılığı üzrə VII Respublika turniri keçiriləcək

İdman Materials 22 Fevral 2013 19:20 (UTC +04:00)
Fevralın 25-də saat 11.00-da Gənclər və İdman Nazirliyi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə Biləcəri qəsəbəsində yerləşən Respublika Stend Atıcılığı İdman Kompleksində ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında "Mahir nişançı" güllə atıcılığı üzrə VII Respublika turniri keçirəcək.
Güllə atıcılığı üzrə VII Respublika turniri keçiriləcək

Azərbaycan, Bakı, 22 fevral /Trend/

Fevralın 25-də saat 11.00-da Gənclər və İdman Nazirliyi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə Biləcəri qəsəbəsində yerləşən Respublika Stend Atıcılığı İdman Kompleksində ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında "Mahir nişançı" güllə atıcılığı üzrə VII Respublika turniri keçirəcək.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, turnir "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının 6.2.6. yarımbəndinin icrasını təmin etmək məqsədi ilə, habelə 26 fevral - Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar təşkil ediləcək.

Turnirdə respublikanın 40 ali və orta ixtisas təhsili müəssisəsinin 160 tələbəsi iştirak edəcək.

Turnirin keçirilməsində əsas məqsəd XX əsrdə Azərbaycan xalqına qarşı erməni millətçiləri tərəfindən törədilmiş soyqırımı qurbanlarının xatirəsini yad etmək, ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində gəncləri hərbi vətənpərvərlik ruhunda tərbiyə etmək, onlarda hərbi vərdişlərin yaranmasını təmin etmək, gənclərin ordu sıralarında hərbi xidmət keçmə hazırlığının yüksəlməsinə kömək göstərilməsi, güllə atıcılığı üzrə idman növünün geniş təbliğ edilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti