...

AFFA prezidenti Berti Foqtsu müdafiə etdi

İdman Materials 30 Mart 2013 13:15 (UTC +04:00)
AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycanın futbol üzrə milli komandasının almaniyalı baş məşqçisi Berti Foqtsun işindən razı qaldığını bildirib.
AFFA prezidenti Berti Foqtsu müdafiə etdi

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir E.İsmayılov/

AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycanın futbol üzrə milli komandasının almaniyalı baş məşqçisi Berti Foqtsun işindən razı qaldığını bildirib.

Trend-in məlumatına görə, Abdullayev şənbə günü jurnalistlərə açıqlamasında Dünya çempionatının seçmə mərhələsində Bakıda keçirilən Azərbaycan və Portuqaliya milli komandalarının oyunu zamanı stadionda "İstefa!" şüarının səslənməsinə münasibət bildirib və deyib ki, Berti Foqts peşəkardır və öz işinin öhdəsindən yaxşı gəlir.

"Berti Foqts işini sevə-sevə görür", - AFFA prezidenti əlavə edib.

Abdullayev hamı kimi Azərbaycanın Portuqaliyaya uduzmasından təəssüfləndiyini vurğulayıb.

"Hücumçu Rauf Əliyevin qırmızı vərəqə alması komandamıza psixoloji təsir etdi. Bundan əlavə, bəzi azarkeşlərin "İstefa!" və arzuolunmaz şüarlar səsləndirməsi futbolçulara psixoloji təsir edirdi", - AFFA prezidenti bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti