...

AIPS konqresinin Azərbaycanda keçirilməsi ilə bağlı Soçidə təqdimat ediləcək

İdman Materials 17 Aprel 2013 17:02 (UTC +04:00)
Aprelin 17-18-də Rusiyanın Soçi şəhərində Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının (AIPS - Association Internationale de la Presse Sportive) 76-cı konqresi keçiriləcək.
AIPS konqresinin Azərbaycanda keçirilməsi ilə bağlı Soçidə təqdimat ediləcək

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir İ.İzzət/

Aprelin 17-18-də Rusiyanın Soçi şəhərində Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının (AIPS - Association Internationale de la Presse Sportive) 76-cı konqresi keçiriləcək.

Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hər il baş tutan konqres bütün dünya üzrə idman jurnalistlərini bir araya gətirərək zəruri məsələlər ətrafında fikir mübadiləsi aparmağa imkan yaradır. Bundan əlavə, konqres jurnalistlər arasında əməkdaşlığın daha da gücləndirilməsinə səbəb olur.

Qeyd edək ki, ötən il Avstriyanın İnsbruk şəhərində baş tutmuş konqresdə 2014-cü ildə keçiriləcək sayca 77-ci AIPS konqresinin Bakıda təşkil olunacağı haqqında qərar verilib. Cari ilə planlaşdırılan konqresdə isə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılov Bakıda keçiriləcək konqres haqqında təqdimatla çıxış edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti