...

Aralıq dənizi Oyunlarının güləş yarışlarına azərbaycanlı hakim nəzarət edəcək

İdman Materials 18 İyun 2013 17:06 (UTC +04:00)
20-30 iyun 2013-cü il tarixdə Türkiyənin Mersin şəhərində 17-ci Aralıq dənizi Oyunları keçiriləcək. Aralıq dənizi Oyunları çərçivəsində güləş yarışları iyunun 22-dən 26-dək baş tutacaq.
Aralıq dənizi Oyunlarının güləş yarışlarına azərbaycanlı hakim nəzarət edəcək

Azərbaycan, Bakı, 18 iyun /Trend/

Aralıq dənizi Oyunlarının güləş yarışlarına azərbaycanlı hakim nəzarət edəcək. Bu barədə Trend-ə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

20-30 iyun 2013-cü il tarixdə Türkiyənin Mersin şəhərində 17-ci Aralıq dənizi Oyunları keçiriləcək. Aralıq dənizi Oyunları çərçivəsində güləş yarışları iyunun 22-dən 26-dək baş tutacaq.

Azərbaycan Güləş Federasiyasının baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov yarışlarda FILA koordinatoru kimi iştirak edəcək, yarışların təşkilinə və gedişinə nəzarət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti