...

Azərbaycan atletləri Avropa birinciliyində medalların sayını 5-ə çatdırıblar

İdman Materials 5 Sentyabr 2013 22:52 (UTC +04:00)
Litvanın Klaypeda şəhərində keçirilən ağır atletika üzrə 15 və 17 yaşa qədər yeniyetmə oğlanlar və qızlar arasında Avropa birinciliyində daha bir atletimiz körpücük üzərinə çıxıb.
Azərbaycan atletləri Avropa birinciliyində medalların sayını 5-ə çatdırıblar

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

Litvanın Klaypeda şəhərində keçirilən ağır atletika üzrə 15 və 17 yaşa qədər yeniyetmə oğlanlar və qızlar arasında Avropa birinciliyində daha bir atletimiz körpücük üzərinə çıxıb.

Trend Azərbaycan Ağır Atletika Federasiyasına istinadən məlumat verir ki, Kənan Əliquliyev yaşı 15-ə qədər olan idmançılar arasında 69 kq çəki dərəcəsində mübarizə apararaq gümüş medal qazanıb.

Birdən qaldırma hərəkətinə Kənan 107 kq-ı uğurla ram etməklə start verib. Sonra sifariş verdiyi 111 kq-ı yalnız iki yanaşmada qaldıra bilən Əliquliyev bu hərəkətdə ikinci yeri tutub.

Təkanla qaldırmada atletimiz əvvəlcə 131 kq-ı başı üzərinə qaldırıb. İkinci yanaşmasında 136 kq-a da güc gələn Kənan, son cəhdində 140 kq-ı ram etməyə çalışıb. Ancaq sona qədər mübarizə aparsa da alınmayıb. Buna baxmayaraq, 15 yaşlı ağırlıqqaldıranımız bu hərəkətdə də ikinci olub.

Cəmi 247 kq (111 kq + 136 kq) nəticə göstərən Kənan Əliquliyev Avropa birinciliyinin gümüş medalına sahib çıxıb.

Qeyd edək ki, Bu, Azərbaycan idmançılarının Klaypedada keçirilən Avropa birinciliyində 5-ci medalıdır. Buna qədər atletlərimiz 2 bürünc, 1 gümüş və 1 qızıl medal qazanmışdılar.

Xəbər lenti

Xəbər lenti