...

Möcüzə olmadı: "Qalatasaray" məğlubiyyətlə başladı

İdman Materials 18 Sentyabr 2013 01:43 (UTC +04:00)
Sentyabrın 17-də UEFA Çempionlar Liqasının qrup mərhələsində yeni mövsümə start verilib.
Möcüzə olmadı: "Qalatasaray" məğlubiyyətlə başladı

Azərbaycan, Bakı, 18 sentyabr /Trend/

Sentyabrın 17-də UEFA Çempionlar Liqasının qrup mərhələsində yeni mövsümə start verilib.

Trend-in məlumatına görə, ilk oyun günündə A, B, C və D qruplarında oyunlar keçirilib.

Azərbaycan futbolsevərlərinin diqqəti yenidən İstanbula yönəlib. Burada B qrupu çərçivəsində Türkiyənin "Qalatasaray" klubu Madrid "Real"ını qəbul edib.

Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayıb. Gərgin keçən maçtda "Real Madrid" "Qalatasaray"ı 6:1 hesabı ilə məğlub edib.

Qrupların digər oyunlarının nəticələri aşağıdakı kimidir:

A qrupu

"Real Sosyedad" (İspaniya) - "Şaxtyor" (Ukrayna) - 0:2

"Mançester Yunayted" (İngiltərə) - "Bayer" (Almaniya) - 4:2

B qrupu

"Kopenhagen" (Danimarka) - "Yuventus" (İtaliya) - 1:1

C qrupu

"Benfika" (Portuqaliya) - "Anderlext" (Belçika) - 2:0

"Olimpiakos" (Yunanıstan) - PSJ (Fransa) - 1:4

D qrupu

"Viktoriya" (Çexiya) - "Mançester Siti" (İngiltərə) - 0:3

Bavariya" (Almaniya) - CSKA (Moskva, Rusiya) - 3:0

Qeyd edək ki, I turun qalan oyunları sentyabrın 18-də keçiriləcək.

E qrupu

23:45. "Çelsi" (İngiltərə) - "Bazel" (İsveçrə)

23:45. "Şalke" (Almaniya) - "Styaua" (Rumıniya)

F qrupu

23:45. "Marsel" (Fransa) - "Arsenal" (İngiltərə)

23:45. "Napoli" (İtaliya) - "Borussiya" (Dortmund, Almaniya)

G qrupu

23:45. "Austriya" (Avstriya) - "Porto" (Portuqaliya)

23:45. "Atletiko" (İspaniya) - "Zenit" (Rusiya)

H qrupu

23:45. "Barselona" (İspaniya) - "Ayaks" (Hollandiya)

23:45. "Milan" (İtaliya) - "Seltik" (Şotlandiya)

Xəbər lenti

Xəbər lenti