Azərbaycan, Bakı, 11 oktyabr /Trend/
Futbol üzrә Azәrbaycan milli komandası Dünya Çempionatının seçmә mәrhәlәsi çәrçivәsindә Şimali İrlandiya üzәrindә qazandığı qәlәbәni İlham Әliyevin Prezident seçkilәrindәki qәlәbәsinә hәsr edib. Trend-in mәlumatına görә, bunu Azәrbaycan millisinin baş mәşqçisi Berti Foqts oyundan sonrakı mәtbuat konfransında bildirib.
"Mәn özümün vә komandanın adından Prezident İlham Əliyevi seçkilәrdә qazandığı qәlәbә münasibәti ilә tәbrik edir vә öz qәlәbәmizi ona hәsr edirik".
Oyun barәdә danışan B.Foqts bildirib ki, milli komanda ikinci hissәdә öz oyununu göstәrdi: "Birinci hissәdә texniki sәhvlәrә çox yol verdi vә yalnız bәxtimiz gәtirdi ki, qol buraxmadıq. İkinci hissәdә isә taktiki dәyişikliklәr edәrәk oyunun tәrzini dәyişdik, qәlәbә qollarını vurduq".
Foqts bildirib ki, Azәrbaycan millisi gәnc komanda olmasına baxmayaraq, kifayәt qәdәr yaxşı oyun təcrübəsinə yiyәlәnib.
Foqts növbәti Rusiya ilә oyuna da millinin ciddi hazırlaşdığını bildirib: " Rusiya 4 gündәn bir oynamağa öyrәşib vә kifayәt qәdәr yüksәk sәviyyәli oyunçulardan ibarәtdir. Biz Şimali İrlandiya oyunu ilә müqayisәdә heyәtdә çox dәyişikliklәr edәcәyik".
Şimali İrlandiya milli komandasının baş mәşqçisi Maykl Onil isə oyundan sonrakı mәtbuat konfransında bildirib ki, yığması ilk hissәdә yaxşı oyun nümayiş etdirsәdә, ikinci hissәdә qol buraxdıqdan sonra oyununu itirdi: "Tәәssüf ki, daha çox şans әldә etsәk dә, sonda uduzduq".