...

Azərbaycanı dünya çempionatında üç ağır atlet təmsil edəcək

İdman Materials 15 Oktyabr 2013 08:12 (UTC +04:00)
Oktyabrın 16-28-i arasında Polşanın Vrotslav şəhərində ağır atletika üzrə kişilər və qadınlar arasında dünya çempionatı keçiriləcək.
Azərbaycanı dünya çempionatında üç ağır atlet təmsil edəcək

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

Oktyabrın 16-28-i arasında Polşanın Vrotslav şəhərində ağır atletika üzrə kişilər və qadınlar arasında dünya çempionatı keçiriləcək.

Trend Azərbaycan Ağır Atletika Federasiyasına istinadən məlumat verir ki, dünya çempionatında Azərbaycanı ağır atletika üzrə milli yığmanın baş məşqçisi Zlatan Vanevin rəhbərliyi altında iki kişi və bir qadın atletimiz təmsil edəcək.

Kişilərdən Olimpiya mükafatçısı Valentin Xristov 62 kq, Kazan Universiadasının qalibi Firudin Quliyev 69 kq çəki dərəcəsində qüvvəsini sınayacaq.

Qadınlardan isə Kristina İovu 53 kq çəki dərəcəsində yarışa qatılacaq.

Dünya çempionatında Azərbaycanı hakim qismində Vahid Nəzərov təmsil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti