...

Azərbaycanın sərbəst güləşçiləri "Qitələrarası Kubok" uğrunda yarışacaqlar

İdman Materials 17 Oktyabr 2013 12:48 (UTC +04:00)
Azərbaycanın sərbəst güləşçiləri oktyabrın 18-20-də Dağıstanın Xasavyurt şəhərində sayca 5-ci “Qitələrarası Kubok” beynəlxalq turnirində yarışacaqlar.
Azərbaycanın sərbəst güləşçiləri "Qitələrarası Kubok" uğrunda yarışacaqlar

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

Azərbaycanın sərbəst güləşçiləri oktyabrın 18-20-də Dağıstanın Xasavyurt şəhərində sayca beşinci "Qitələrarası Kubok" beynəlxalq turnirində yarışacaqlar. Azərbaycanın Güləş Federasiyasından Trend-ə verilən məlumata əsasən, yığma komandanın məşqçilər korpusunun rəyinə əsasən, bu turnirdə yeddi idmançı iştirak edəcək.

Məşqçilər David Kurtsiya və Semyon Çterevin rəhbərliyi altında Xasavyurtda Mircəlal Həsənzadə, Ruslan Surxayev (hər ikisi 55 kq), Məhəmməd Müslümov (66 kq), Cəbrayıl Həsənov (74 kq), İbrahim Yusubov (84 kq), Hacı Şərifov (96 kq) və Əli Maqomedabirov (120 kq) mübarizə aparacaqlar.

Bundan başqa, beynəlxalq dərəcəli referilər Qərib Əliyev, Vaqif Zeynallı, Zakir Məmmədov, Sədi Quliyev, Xanmirzə Məlikəliyev, Natiq Hacıyev və Əbdul Nuriyev hakim kimi görüşlərin idarə olunmasında iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti