Azərbaycan, Bakı, 12 noyabr /Trend/
İki futbolçu Azərbaycan yığmasından kənarda qalıb.
Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, Rəşad Sadıqov ("Qarabağ") və Əfran İsmayılov ("Bakı") zədəli olduğu üçün Azərbaycan milli komandasının təlim-məşq toplanışında iştirak etməyəcək.
Xatırladaq ki, millimiz noyabrın 15-də Estoniya, noyabrın 19-da isə Qırğızıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək.