...

Azərbaycan boksçuları Avropa birinciliyinin 4 medalını təmin etdilər

İdman Materials 14 Noyabr 2013 18:19 (UTC +04:00)
Rusiyanın Anapa şəhərində keçirilən boks üzrə yeniyetmələr arasında Avropa birinciliyinin yarımfinalında 4 idmançımız mübarizə aparacaq.
Azərbaycan boksçuları Avropa birinciliyinin 4 medalını təmin etdilər

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

Rusiyanın Anapa şəhərində keçirilən boks üzrə yeniyetmələr arasında Avropa birinciliyinin yarımfinalında 4 idmançımız mübarizə aparacaq.

Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, 52 kq çəki dərəcəsində yarışan Tayfur Əliyev ¼ finalda macarıstanlı İştvan Szka üzərində qələbə qazanıb - 2:1 (29:28, 29:28, 28:29). Boksçumuz yarımfinalda italiyalı Marko Amorozo ilə qarşılaşacaq.

Hüseyn Tarverdili (70 kq) Fransa nümayəndəsi Kristof Fataki Bobozonu rinqə çıxmağa peşman edib. Milimizin üzvü 3-cü raundda rəqibini nokauta salıb. H.Tarverdili finala gedən yolda Ermənistan boksçusu Vardan Kosyanla üz-üzə gələcək.

Qeyd edək ki, buna qədər Rüfət Hüseynov (46 kq) və Ümid Rüstəmov da (50 kq) yarımfinala vəsiqəni təmin ediblər.

Şükran Mehdiyev (80+ kq), Pərviz Quliyev (57 kq) və Rövşən Musayev (75 kq) isə ¼ finalda mübarizəni dayandırıblar.

Avropa birinciliyinə noyabrın 16-da yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti