...

Berti Foqts: Havanın soyuqluğu futbolçular üçün zəif oyunun bəhanəsi olmamalıdır

İdman Materials 15 Noyabr 2013 10:14 (UTC +04:00)
Tallinn şəhərində Estoniya yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts qarşılaşma ərəfəsində mətbuat konfransı keçirib.
Berti Foqts: Havanın soyuqluğu futbolçular üçün zəif oyunun bəhanəsi olmamalıdır

Azərbaycan, Bakı, 15 noyabr /Trend/

Tallinn şəhərində Estoniya yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts qarşılaşma ərəfəsində mətbuat konfransı keçirib.

Trend AFFA-nın saytına istinadən xəbər verir ki, mətbuat konfransında millinin çalışdırıcısı bildirib ki, komanda qarşılaşmaya yaxşı hazırlaşıb: "Estoniya yığmasının oyununa baxmışam. Çox yaxşı təsir bağışladılar. Türkiyə millisi ilə oyunlarını da izləmişəm. Sonadək mübarizə aparıblar.
Rəşad Sadıqov, Rəşad Sadiqov və Əfran İsmayılovun yoxluğu, Kamran Ağayevin olmaması özünü göstərə bilər. Yaxşı oyun göstərməyə çalışacağıq. Yaxşı komandamız var. Dəvət etdiyim futbolçulara inanıram. Ağıllı oynamalıyıq. Fikrimcə, bizi maraqlı oyun gözləyir".

Berti Foqts qeyd edib ki, havanın soyuqluğu, uyğunlaşmaq məsələsi, ümumiyyətlə, müzakirə mövzusu deyil. Bu amillər futbolçular üçün zəif oyunun bəhanəsi olmamalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti