...

UEFA-nın ayırdığı vəsait Azərbaycan klublarının hesabına köçürülüb

İdman Materials 12 Dekabr 2013 19:49 (UTC +04:00)
Azərbaycan klublarının cari mövsüm üçün avrokuboklarda çıxışı ilə əlaqədar UEFA tərəfindən AFFA-ya 1 milyon 415 min avro məbləğində vəsait köçürülüb.
UEFA-nın ayırdığı vəsait Azərbaycan klublarının hesabına köçürülüb

Azərbaycan, Bakı, 12 dekabr /Trend/

Azərbaycan klublarının cari mövsüm üçün avrokuboklarda çıxışı ilə əlaqədar UEFA tərəfindən AFFA-ya 1 milyon 415 min avro məbləğində vəsait köçürülüb.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, "Neftçi" PFK-ya ölkə çempionu olduğu üçün 200 min, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində çıxış etdiyinə görə 175 min, "İnter" PİK və "Xəzər Lənkəran" FK Avropa Liqasının 2-ci təsnifat mərhələsində mübarizə apardığı üçün hər iki kluba 250 min, "Qarabağ" FK-ya isə Avropa Liqasının play-off mərhələsində iştirak etdiyinə görə 540 min avro məbləğində vəsait ayrılıb.

Qeyd olunmuş pul vəsaitləri AFFA tərəfindən müvafiq olaraq klubların hesabına köçürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti