...

Berti Foqtsla iki illik müqavilə imzalandı, köməkçiləri dəyişdirildi

İdman Materials 18 Dekabr 2013 12:41 (UTC +04:00)
Almaniyalı mütəxəssisin millimizdəki işini davam etdirməsi qərara alınıb. Nəticədə, Berti Foqtsla yeni 2 illik müqavilə imzalanması haqda qərar verilib. Bu isə o deməkdir ki, 67 yaşlı mütəxəssis "Avro-2016"nın seçmə mərhələsinin oyunlarında da yığmamızın sükanı arxasında olacaq.
Berti Foqtsla iki illik müqavilə imzalandı, köməkçiləri dəyişdirildi

Azərbaycan, Bakı, 18 dekabr /Trend/

Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası baş tutub.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun gələcək taleyinə aydınlıq gəlib.

Almaniyalı mütəxəssisin millimizdəki işini davam etdirməsi qərara alınıb. Nəticədə, Berti Foqtsla yeni 2 illik müqavilə imzalanması haqda qərar verilib. Bu isə o deməkdir ki, 67 yaşlı mütəxəssis "Avro 2016"-nın seçmə mərhələsinin oyunlarında da yığmamızın sükanı arxasında olacaq.

Artıq Foqtsun yeni köməkçiləri də müəyyənləşib. "Kəpəz" klubunun sabiq baş məşqçisi Mahmud Qurbanov və Aslan Kərimov Foqtsun yeni köməkçiləri təyin olunublar.

Qeyd edək ki, Berti Foqts 2008-ci ilin mart ayından Azərbaycan millisini çalışdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti