...

"Synergy Baku"-nun irlandiyalı velosipedçisi "Tour de Langkawi"-də fərqlənmək istəyir

İdman Materials 2 Yanvar 2014 15:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 yanvar /Trend/

Azərbaycanın ilk peşəkar velosiped komandası olan "Synergy Baku"nun irlandiyalı velosipedçisi Matt Bremmier yeni klubunun heyətində ilk yarışını böyük səbirsizliklə gözləyir.

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 28 yaşlı idmançı mövsümə Malaziyada keçiriləcək "Tour de Langkawi" yarışı ilə start verəcək.

Matt Bremmier bildirib: "5 illik fasilədən sonra mən yenidən Langkaviyə qayıdacam. Sonuncu dəfə oraya 23 yaşım olanda getmişdim. Artıq yarışın qaydalarında da dəyişiklik var. İndi tur 2 gün artıq davam edir".

Yeni komanda yoldaşları ilə İspaniyanın Kalpe şəhərində təşkil olunmuş təlim-məşq toplantısında görüşən "Synergy Baku"nun üzvü "Tour de Langkawi"-yə yüksək idman formasında yollanmaq istəyir: "Tam formaya düşmək üçün mənə 1-2 yürüş kifayət edəcək. Əsas istəyim mövsümün əvvəlindən medallar uğrunda mübarizəyə qoşulmaqdır. Odur ki, əldə edəcəyim hər bir şansdan maksimum yararlanmalıyam".

Qeyd edək ki, fevralın 27-də start götürəcək "Tour de Langkawi" 10 mərhələdən ibarətdir. Bu müddət ərzində iştirakçılar 1506 km məsafə qət edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti