Azərbaycan, Bakı, 11 yanvar /Trend/
Berti Foqts klubların hazırlıq prosesini izləyəcək.
Trend AFFA-ya istinadən məlumat verir ki, Azərbaycanın milli komandasının baş məşqçisi Berti Foqts və onun köməkçisi, həmçinin fitness məşqçisi Volfqanq Rollf yanvarın 10-dan-19-dək Türkiyənin Antalya şəhərində toplanışda olan Premyer Liqası klublarının məşqlərini və yoxlama oyunlarını izləyəcəklər.
Berti Foqts və Volfqanq Rollf yanvarın 11-də "Qarabağ" klubunun məşqinə və "İnter" klubunun "NWC Asten" (Niderland) komandası ilə yoxlama oyununa baxacaqlar.