...

Berti Foqts və Rəşad Sadıqov kimə səs vermişdi?

İdman Materials 14 Yanvar 2014 14:24 (UTC +04:00)
2013-cü ilin ən yaxşı futbolçusunu müəyyən etmək üçün keçirilmiş səsvermənin təfərrüatı fifa.com saytında açıqlanıb.
Berti Foqts və Rəşad Sadıqov kimə səs vermişdi?

Azərbaycan, Bakı, 14 yanvar /Trend/

2013-cü ilin ən yaxşı futbolçusunu müəyyən etmək üçün keçirilmiş səsvermənin təfərrüatı fifa.com saytında açıqlanıb.

Trend AFFA-nın saytına istinadən xəbər verir ki, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts və kapitan Rəşad Sadıqov da seçim edib.

Berti Foqts: 1. Kriştianu Ronaldu (Portuqaliya, "Real" (Madrid, İspaniya); 2. Filipp Lam (Almaniya, "Bavariya" Münxen, Almaniya); Mariuş Levandovski (Polşa, "Borussiya" Dortmund, Almaniya).

Rəşad Sadıqov: 1. Frank Riberi (Fransa, "Bavariya" Münxen, Almaniya); 2. Kriştianu Ronaldu (Portuqaliya, "Real" Madrid, İspaniya); 3. Zlatan İbrahimoviç (İsveç, PSJ, Fransa).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti