...

"Boksun atası" dünyasını dəyişdi

İdman Materials 17 Yanvar 2014 10:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

Dünya Boks Şurasının (DBŞ) rəhbəri Xose Süleyman 83 yaşında Los-Ancelesdə vəfat edib. Trend-in məlumatına görə, bu barədə cümə günü RBK agentliyi "Associated Press"-ə istinadən xəbər verib.

Ərəb mənşəli meksikalı Süleyman öz karyerasına həvəskar boksçu kimi başlayıb, sonralar oyunların meneceri və hakimi olub. O, həmçinin məşqçi kimi də çalışıb. Bu müddət ərzində onun təşəbbüsü ilə idmançıların təhlükəsizliyinin yüksəldilməsini, eləcə də raundların sayının 15-dən 12-dək azaldılmasını nəzərdə tutan yeni qaydalar tətbiq edilib.

DBŞ Xose Süleymanın vəfatı ilə bağlı bəyanatında onu "boksun atası" adlandırıb. 2006-cı ildə o, boksun Şöhrət Zalına daxil edilmişdi.

Xose Suleyman ürək xəstəliyindən ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti