...

Millimiz darmadağın olundu

İdman Materials 2 Fevral 2014 23:20 (UTC +04:00)
Futzal üzrə Avropa çempionatının final mərhələsində Azərbaycan milli komandası bu gün ikinci oyununu keçirib.
Millimiz darmadağın olundu

Azərbaycan, Bakı, 2 fevral /Trend/

Futzal üzrə Avropa çempionatının final mərhələsində Azərbaycan milli komandası bu gün ikinci oyununu keçirib.

Trend-in məlumatına görə, millimiz Antverpen şəhərindəki "Lotto Arena" idman kompleksində İtaliya yığması ilə qarşılaşıb.

Komandamız böyük hesablı məğlubiyyətlə üzləşib - 0:7.

Bununla da Azərbaycan millisi qrupda sonuncu yeri tutaraq Avropa çempionatında mübarizəni dayandırıb.

C qrupunda hər üç komandanın aktivində 3 xal olsa da, vurulan və buraxılan topların nisbətinə görə İtaliya yığması birinci, Sloveniya isə ikinci yeri tutaraq 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, Azərbaycan futzalçıları bundan əvvəl sloveniyalı rəqiblərini 7:6 hesabı ilə məğlub etmişdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti