...

İspaniya kubokunda "Barselona" - "Real" finalı gözlənilir

İdman Materials 6 Fevral 2014 02:54 (UTC +04:00)
İspaniya kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
İspaniya kubokunda "Barselona" - "Real" finalı gözlənilir

Azərbaycan, Bakı, 6 fevral /Trend/

İspaniya kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Trend-in məlumatına görə, "Real" doğma meydanda digər Madrid təmsilçişi "Atletiko"nu qəbul edib. 17-ci dəqidədə Emiliano İnsuanın avtoqolu ilə Kral klubu önə keçib. 57-ci dəqiqədə Xese Rodriges hesabı 2:0-a çatdırıb.

73-cü dəqiqədə isə daha bir avtoqol qeydə alınıb: bu dəfə Miranda "antiqəhrəman" olub - 3:0.

Yarımfinal mərhələsinin digər oyunu "Nou Kamp" stadionunda baş tutub. "Barselona" "Real Sosyedad"la qarşılaşıb. Görüş meydan sahiblərinin 2:0 (44' Serxio Buskets, 60' Enaut Subikaray - avtoqol) hesablı qələbəsi ilə başa çatıb.

Xəbər lenti

Xəbər lenti