...

Azərbaycan taekvondoçuları "Luxor Open"-də 6 medal qazanıblar

İdman Materials 18 Fevral 2014 09:29 (UTC +04:00)
Misir Ərəb Respublikasının Luksor şəhərinədə 15-17 fevral tarixlərində təşkil olunan “Luxor Open” başa çatıb.
Azərbaycan taekvondoçuları "Luxor Open"-də 6 medal qazanıblar

Azərbaycan, Bakı, 18 fevral /Trend/

Misir Ərəb Respublikasının Luksor şəhərinədə 15-17 fevral tarixlərində təşkil olunan "Luxor Open" başa çatıb.

Azərbaycan Taekvondo Federasiyasından Trend-ə verilən məlumata görə, turnirdə böyüklərdən ibarət milli komandamız 3 qızıl, 3 bürünc olmaqla ümumilikdə aktivinə 6 medal yazdırıb.

Millinin üzvləri Mikayıl Əliyev (-54 kq), İlkin Şahbazov (74 kq) və Fəridə Əzizova (-67 kq) qızıl medal qazanaraq yarışın qalibi olub.

Digər taekvondoçularımızdan Samir Aydınov (-54 kq), Ramin Əzizov (-80 kq) və Radik İsayev (-87 kq) isə G-2 dərəcəli turniri bürünc medalla başa vurub.

Komanda hesabında isə millimiz 2-ci yerə layiq görülüb.

Milli komanda sabah Vətənə dönəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti